Qadın həndbolçular arasında Azərbaycan çempionatı: “Azəryol” liderlə xal fərqini azaldıb
Qadın həndbolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. Çempionatın lideri “Azərsu” kollektivi “İdman Akademiyası” komandasını sınağa çəkib. Rəqibi bütün göstəricilərdə üstələyən “Azərsu” çətinlik çəkmədən qalib gəlib – 47:17.

Azsport.az Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, çempionluğa iddialı digər komanda – “Azəryol” isə həftəsonu iki oyun keçirib. Bakıda “Olimpiya”nın qonağı olan “Azəryol” ilk oyunda 40:18, ikinci qarşılaşmada isə 34:22 hesabı ilə qələbə qazanıb.

Uğurlu seriyanı davam etdirən “Azərsu” 30 xalla çempionatın vahid lideridir. İkinci pillədəki “Azəryol” komandası liderlə xal fərqini ikiyə endirib. “Qarabağ” 14 xalla üçüncü yerdə qərarlaşıb. “İdman Akademiyası” ilə “Olimpiya”nın 7 xalı var. Autsayder “Gənclər Birliyi” hələ ki xal qazana bilməyib.

Xəbər 990 dəfə oxundu.