Elmar Qasımov komandamızı medalsız qoymadı
Rusiyanın Çelyabinsk şəhərində keçirilən cüdoçular arasında Avropa çempionatı bu gun sona çatıb. İdman.com.az saytının məlumatına görə, ilk 2 gündə medal olmasa da, olimpiya reytinqində qənaətbəxş mövqelərdə olan təmsilçilərimiz xallarını daha yaxşılaşdırıblar.

2004-cü ildən bu yana milli komandamız qitə çempionatlarında medal əldə etdiyindən, bugünkü mübarizədə azarkeşlər tatami ustalarımızdan qələbə gözləyirldər. Susqunluq olardısa, bu, böyük ehtimalla, idman ictimaiyyətində nisbi uğursuzluq kimi qiymətləndiriləcəkdi.

Sevindirici haldır ki, seçmə komandamız vəzifəsinin öhdəsindən gəlib. İddiaçılardan müvəffəqiyyət gözlənildiyi bir halda, müjdə Elmar Qasımovdan (100 kq) eşidilib. Son zamanlar zəif təsir bağışlayan gənc idmançı reytinqdə də geriləmişdi. O, uzun sürən uğursuzluğa Çelyabinskdə bürünc medal qazanmaqla son verib.
Digər cüdoçumuz Timur Əlixanov 7-ci olsa da, Elxan Məmmədov (hər ikisi - 90 kq) ilk görüşdə məğlub olub.

Xəbər 1299 dəfə oxundu.