Bu gün futbol üzrə qadınlar arasında 2021-ci il Avropa Çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək
Bu gün Nyonda futbol üzrə qadınlar arasında 2021-ci il Avropa Çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Püşkatmada rekord sayda – 47 yığma komanda, o cümlədən Azərbaycan yığması iştirak edəcək. Qeyd edək ki, yığma komandamız 2009-cu ildən bəri AVRO turnirlərinin seçmə mərhələsində iştirak etməyib.

İlkin olaraq Azərbaycan yığması Farer adaları, Malta, Şimali Makedoniya, Estoniya, Çernoqoriya, Gürcüstan, Latviya, Litva, Kipr, Kosovo, Lüksemburq və Andorra komandaları ilə birlikdə 5-ci səbətə düşüb.

Püşkatmanın gedişində 9 qrup formalaşacaq. 2019-cu il avqustun 26-dan 2020-ci il sentyabrın 22-dək komandalar ev və səfər matçları keçirəcəklər. Qrupların qalibləri və ikinci yeri tutan ən yaxşı üç komanda final mərhələsində turnirə ev sahibliyi edən İngiltərəyə qoşulacaqlar. İkinci yeri qazanan daha 6 komanda 2020-ci ilin oktyabrında 2021-ci ilin iyulunda keçiriləcək final mərhələsinə üç vəsiqə uğrunda pley-off matçları oynayacaq.

Xəbər 817 dəfə oxundu.