Növbəti olimpiya lisenziyası Emin Əhmədovdan gəldi!
Çinin Tayuan şəhərində dünya olimpiya təsnifat turniri davam edir. İdman.com.az saytının məlumatına görə, bu gün rəqabətə yunan-Roma güləşçiləri qoşulublar. Dünən olduğu kimi, yenə xoş xəbər var: 74 kq-da mübarizə aparan Emin Əhmədov bəslənən ümidləri doğruldub.

O, finala çıxmaqla ümumi olimpiya lisenziyalarımızın sayını 42-yə yüksəldib. Təəssüf ki, digər pəhləvanımız Rəsul Cunayev (66 kq) fürsəti fövtə verib. Yoxsa, Londona vəsiqə qazanan güləşçilərimizin sayı 13-ə çatacaqdı.

Xəbər 987 dəfə oxundu.