Bədii gimnastlarımız Moskvada beşinci olublar
Moskvada bədii gimnastika üzrə Qran-Pri yarışları keçirilib.

Ölkəmizi turnirdə qrup hərəkətləri proqramında ikinci heyət komandamız təmsil edib. Simarə Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova, Ayna Cəfərova və Humay Əliyevadan ibarət qrup komandası həm 4 gürz-3 halqa, həm də 5 topla çıxışlarına görə finala vəsiqə qazanıblar. Qızlarımız hər iki çıxış üzrə final mərhələsində altıncı olublar.

Qrup hərəkətləri komandamız çoxnövçülükdə turniri beşinci yerdə başa vurub.

Xəbər 936 dəfə oxundu.