Yeniyetmə güləşçilər arasında Azərbaycan çempionatına start verilib
“Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan çempionatı başlayıb.

İlk 3 gündə yeniyetmələr, son iki gündə isə gənclər mübarizə aparacaqlar.

Yarışın ilk günündə 45, 48, 51, 55, 60, 65 və 71 kiloqram çəki dərəcəsində yeniyetmə yunan-Roma güləşçiləri mübarizə aparırlar.

Çempionata fevralın 23-də yekun vurulacaq.

Xəbər 748 dəfə oxundu.