Qələbə ilə başladılar
Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununu keçirib. İdman.com.az saytının məlumatına görə, Təbriz Həsənovun komandası gürcüstanlı həmyaşıdları ilə qarşılaşıblar.

Görüş futbolçularımızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Fəhmin Muradbəylinin vurduğu qol oyunun taleyini həll edib.
Yığmamız turnirdə növbəti oyununu sabah – aprelin 29-da, Bakı vaxtı ilə saat 12:00-da Türkiyə komandasına qarşı keçirəcək.

Xəbər 968 dəfə oxundu.