Astarada yeniyetmələr arasında sərbəst güləş üzrə rayon birinciliyi keçirilib
Fevralın 14-dən 16-dək Astara Olimpiya İdman Kompleksində Astara rayon Gənclər və İdman İdarəsi, Rayon Təhsil Şöbəsi, Olimpiya İdman Kompleksinin birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq sərbəst güləş üzrə rayon birinciliyi keçirilib.

Birinciliyin açılışında çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev yarışın məqsədinin Yeniyetmələrin XII Respublika Oyunlarına hazırlıq məqsədi ilə rayonun yığma komandasına perspekivli idmançıların seçilməsi, yeniyetmələrə sağlam həyat tərzinin aşılanması, asudə vaxtının səmərəli təşkili, rayon ərazisində sərbəst güləş idman növünün təbliği və inkişaf etdirilməsi olduğunu bildirib
.
Yarışda baş hakim sərbəst güləş üzrə Azərbaycanın əməkdar məşqçisi Tofiq Həmidov, baş katib isə sərbəst güləş üzrə Əməkdar məşqçi Elçin Həmidov olublar.

Birincilikdə 14 kq çəki dərəcəsində Astara Uşaq Gənclər İdman Şahmat Məktəbi, Olimpiya İdman Kompleksi, Ərçivan qəsəbə Güləş Məktəbinin idmançıları güclərini sınayıblar.

Yarışın sonunda hər çəki dərəcəsində birinci, ikinci və üçüncü yerləri qazanan idmançılar Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.



Xəbər 887 dəfə oxundu.