Qol güləşi üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin akt zalında yeniyetmə və gənclər arasında qol güləşi üzrə paytaxt birinciliyi keçirilib.

Yarışda Əli Mehdiyev (45 kq), Elbəy Əlimərdanov (50 kq), Sərdar Sadıqov (55 kq), Elsevər Qurbatov (60 kq), Fərid Teymurov (65 kq), İbrahim Məmmədəliyev (70 kq), Toğrul Ağakişiyev (75 kq), Əli Zeynalov (80 kq), Elxan Məmmədli (85 kq), Tərxan Müzəffərov (90 kq) və Vüqar Nəbiyev (90 kq-dan yuxarı) birinci olublar.

Qalib idmançılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri təqdim edilib.

Xəbər 1288 dəfə oxundu.