Valeriya Korotenko yenə gözəllər sırasında
Dünyanın 40 ən gözəl voleybolçusunun adı açıqlanıb. İdman.com.az saytının məlumatına görə, Türkiyədə 2011/2012 mövsümünün yekununa əsasən keçirilən səsvermədə Azərbaycan milli komandasının 2 voleybolçusu kifayət qədər səs toplayıb.

Belə ki, ötən il olduğu kimi yenə ölkəmizin ən gözəl voleybolçusu adına yığmamızın liberosu Valeriya Korotenko sahib çıxıb. “Azərreyl”in şərəfini qoruyan 28 yaşlı voleybolçu dünya sıralamasında 14-cü olub.

Millimizin digər üzvü – Natalya Məmmədova da siyahıda yer alıb. “Rabitə” ilə Super Liqanın qalibi olan və son mövsümün ən dəyərli voleybolçusu seçilən hücumçu 38-ci pillədə qərarlaşıb. Onunla Bakı klubunda oynayan amerikalı Kimberli Qlass isə 19-cu olub.

Dünyanın ən gözəl “üçlüyü” də dəyişməz qalıb. İtaliya yığmasının üzvü Françeska Piççinini 1-ci, polşalı Katarjina Skovronskaya 2-ci, Xorvatiya milli komandasının oyunçusu Sanya Popoviç isə 3-cü yerdədirlər.

Xəbər 4303 dəfə oxundu.