Hakimlərimiz elit-raund mərhələsinə təyinat alıblar
FIFA hakimlərimiz 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin oyunlarına təyinat alıblar.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, Rauf Cabarov və Akif Əmirəli martın 19-dan 27-dək Niderlandda keçiriləcək ikinci, Rəhim Həsənov və Mübariz Haşımov isə martın 25-dən aprelin 2-dək Macarıstanda təşkil ediləcək yeddinci qrupun oyunlarında iştirak edəcəklər.

Qeyd edək ki, ikinci qrupda Niderland, Çexiya, İsrail və Şimali İrlandiya, yeddinci qrupda isə Belçika, Macarıstan, Norveç və Bosniya və Herseqovina komandaları mübarizə aparacaqlar.

Xəbər 797 dəfə oxundu.