Millimiz İspaniyanın “Ranero” klubu ilə qarşılaşacaq
İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ikinci yoldaşlıq oyununu keçirəcək.

Yığmamız İspaniyanın “Ranero” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Komandamızın oyun üçün heyəti açıqlanıb. Heyətdə Nail Alışov, Rüstəm Nuriyev, Zahid Mərdanov, Zamiq Əliyev, Xəyal Muradov, İdris İnqilablı, İsmayıl Zülfüqarlı, Murad Mahmudov, Maksim Bayramov, Tural Bayramov və Musa Qurbanlı yer alıblar.

Xəbər 739 dəfə oxundu.