Düsseldorfda keçiriləcək “Böyük dəbilqə” turnirində 18 cüdoçumuz mübarizə aparacaq
Fevralın 22-dən 24-dək Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək.

Azsport.az Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, Azərbaycanı bu nüfuzlu yarışda 18 idmançı – 12 kişi, 6 qadın cüdoçu təmsil edəcək. Kişilərin yarışında Davud Məmmədsoy (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), Hidayət Heydərov, Rüstəm Orucov (73 kq), Murad Fətiyev, Fəqan Quluzadə (81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq) qalib adı uğrunda mübarizə aparacaqlar. Qadınların mübarizəsində isə Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Buyankşiq Purevsuren (hər ikisi 52 kq), İçinkorloo Munxtsedev (57 kq), İrina Kindzerska (+78 kq) yarışacaqlar.

Turnirdə 100-ə yaxın ölkədən 700-dən cüdoçu mübarizə aparacaq.

Xəbər 824 dəfə oxundu.