Berti Foqts 3 matçı canlı izləyəcək
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts, Unibank Premyer Liqasının XXX turunda aprelin 28-də baş tutacaq “Rəvan”–“Kəpəz” görüşünü canlı izləyəcək. İdman.com.az saytının məlumatına görə, bu, almaniyalı mütəxəssisin tur çərçivəsində futbolçularımızın durumunu gözdən keçirəcəyi son matç olmayacaq. O, aprelin 29-da təşkil ediləcək “Neftçi”–“Qarabağ” və “İnter”–“Xəzər-Lənkəran” oyunlarına stadiondan baxacaq.

Xəbər 974 dəfə oxundu.