Azərbaycanın U-19 millisi ispaniyalı həmyaşıdları ilə qarşılaşıb
Avropa çempionatının elit-raund mərhələsinə hazırlıq məqsədilə İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilk yoxlama oyununu keçirib.

İspaniyalı həmyaşıdları ilə qarşılaşan millimiz 0:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, yığmamız Avropa çempionatının elit-raund mərhələsində İrlandiya, Rusiya və Rumıniya komandaları ilə eyni qrupda mübarizə aparacaq. Elit-raundun oyunları martın 20-dən 26-dək Rusiyada keçiriləcək.

Xəbər 807 dəfə oxundu.