Astaralı idmançılar budo üzrə XI Açıq Azərbaycan Çempionatının qalibi olub
Fevralın 8-dən 10-dək İmişli Olimpiya İdman Kompleksində “2 fevral Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş budo döyüş növləri üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında XI Açıq Azərbaycan Çempionatı keçirilib.

Yarışda iştirak edən Astara rayon komandası da uğurlu nəticələr əldə edib. Belə ki, altıncı dan qara kəmər ustası Ramiq Rəhmanov və üçüncü dan qara kəmər ustası Zamin Baxşıyevin yetirmələri 35 kq çəki dərəcəsində Qulam Əsgərli və Cəbrayıl Əsgərov birinci yerə, 30 kq çəki dərəcəsində Cəlal Əhmədov və Nihad Abdullazadə, Rahid Məmmədzadə (35 kq), İsa Hüseynov (50 kq) ikinci yerə layiq görülüblər.




Xəbər 1129 dəfə oxundu.