Yaponiya Olimpiya Oyunları tarixində ilk dəfə olaraq ən irimiqyaslı üz tanıma sistemini aktivləşdirəcək
Yaponiya Olimpiya Oyunlarının təşkilatçılığı ilə yenilikçi iqtisadiyyat sahəsində son inkişafları nümayiş etdirməyi planlaşdırır.

Azsport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, dünyanın ən iri elektronika, kompüter texnikası və telekommunikasiya avadanlığı istehsalçılarından biri olan Yaponiyanın “NEC” şirkətinin nümayəndəsi elan edib ki, onlar tərəfindən hazırlanmış sifətin tanınması sisteminin 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarında kütləvi şəkildə tətbiqinə başlanılacaq. Bununla da, Tokio hökuməti bu idman tədbirinin təhlükəsizliyini üz tanıma sistemləri ilə gücləndirmək istəyir. Bu saxtalaşdırılmış, oğurlanmış şəxsiyyət vəsiqələri ilə mübarizə, habelə idmançılar və hüquqi şəxslərin daha rahat hərəkət edə bilməsi üçün çox vacibdir.

İlkin qiymətləndirməyə əsasən, sistem 400 minə yaxın insanın məlumatlarını istifadə edə bilir. Bu texnologiya Olimpiya Oyunları tarixində ilk dəfə tətbiq ediləcək.

Qeyd edək ki, sistem insanı səs, barmaq izləri və gözün qüzehli qişası üzrə tanıya bilsə də, Olimpiya Oyunlarında yalnız foto üzrə identifikasiya texnologiyasından istifadə ediləcək. Sistem akkreditə edilmiş şəxsləri sifətin tanınması texnologiyası, həmçinin daxili mikroçipə malik xüsusi kart vasitəsilə yoxlayacaq.

Xəbər 1123 dəfə oxundu.