Bakıda alpaqut Turan döyüş sənəti üzrə beşinci Azərbaycan çempionatı keçiriləcək
Martın 9-dan10-dək Bakıda alpaqut Turan döyüş sənəti üzrə beşinci Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Alpaqut Federasiyasından verilən məlumata görə, ölkə çempionatında 50-dən artıq komandanın tərkibində 600-dən çox idmançı gücünü sınayacaq.

Yarışın təşkilində əsas məqsəd yığma komandanın tərkibini müəyyənləşdirmək, idmançıların beynəlxalq turnirlərə hazırlığını təmin etməkdir.


Xəbər 741 dəfə oxundu.