Düsseldorfda “Böyük dəbilqə” turnirində Azərbaycanı 18 cüdoçu təmsil edəcək | |
Fevralın 22-də Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək. Azərbaycanı bu nüfuzlu yarışda 18 idmançı – 12 kişi və 6 qadın cüdoçu təmsil edəcək. Xatırladaq ki, Azərbaycanın cüdo komandası fevralın 9-10-da Parisdə keçirilmiş “Böyük dəbilqə” turnirini 1 gümüş, 1 bürünc medalla başa vurub. Komandamızın aktivinə gümüş medalı İrina Kindzerska (+78), bürünc medalı isə Uşangi Kokauri (+100 kq) yazdırıblar. Düsseldorfdakı “Böyük dəbilqə” turnirində 99 ölkədən 734 cüdoçu (432 kişi, 302 qadın) mübarizə aparacaq. |
|
Xəbər 859 dəfə oxundu. |
|
|