Elşən Məmmədov ağır atletika üzrə Azərbaycan çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb
Ağır atletika üzrə kişilər və qadınlar arasında keçirilən Azərbaycan çempionatı davam edir.

Azərbaycan Ağır Atletika Federasiyasından azsport saytına bildiriblər ki, Kişilər arasında 61 kiloqram çəki dərəcəsində mükafatçılarına adına aydınlıq gəlib.

Lənkəranlı idmançı Elşən Məmmədov toplam 223 kiloqram (98+125) nəticə göstərərək Azərbaycan çempionu olub. Sonrakı pillələrdə müvafiq olaraq toplam 218 kiloqram (96+122) nəticə ilə Nurlan Məmmədzadə və toplam 215 kiloqram (96+119) nəticə ilə Fuad Həsənov qərarlaşıb.

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100 - dək atlet qüvvəsini sınayır.

Çempionatın keçirilməsi idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirməyi bacaran idmançıların seçilməsi, habelə kişilərdən və qadınlardan ibarət milli komandaların tərkibinin müəyyənləşdirilməsi, onların qarşıdakı beynəlxalq yarışlara hazırlanması məqsədi daşıyır.

Xəbər 786 dəfə oxundu.