Cim Boys işdən razı qalıb
UEFA 2016-cı ildə keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin Azərbaycana verilməsinin səbəbini açıqlayıb. İdman.com.az saytının məlumatına görə, Avropa futbol qurumunun gənclər və həvəskarlar futbolu komitəsinin sədri Cim Boys son vaxtlar final mərhələlərinin Şərqi Avropada təşkil olunmasına münasibət bildirib.

O, UEFA-nın rəsmi saytına müsahibəsində 17 yaşadək futbolçuların 2013-cü ildə Slovakiya, 2014-cü ildə Malta, 2016-cı ildə Azərbaycanda çempionu müəyyənləşdirməsindən danışıb: “19 yaşadək futbolçuların final mərhələsini ilk dəfə Estoniyada keçirdik. Gələn il U-17-lərin çempionatını Slovakiyada keçirəcəyik.

Düşünürəm ki, UEFA-nın final mərhələlərini daha çox ölkədə keçirməsi çox vacibdir. Bilirik ki, belə ölkələrdə futbol ictimaiyyəti Avropa səviyyəli turnirləri qəbul etməyə şad olur. Məncə UEFA-ya üzv olan bütün ölkələr belə yarışlar qəbul etməyə layiqdirlər”.

Xəbər 1038 dəfə oxundu.