Yaponiyada Olimpiya xatirə markaları buraxılacaq
Yaponiya poçtu 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya oyunları ilə əlaqədar xüsusi xatirə markaları buraxacaq.

Azsport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, üzərində Oyunların embleminin, “Miraytova” və “Someyti” adlı talismanların olduğu hər vərəqdə 10 marka yerləşəcək.

Markalarda, həmçinin tikintisi hələ davam edən yeni milli stadionun və 1964-cü ildə Tokio Olimpiadasının keçirildiyi idman obyektinin əks olunacağı da bildirilir. Üzərində markalar olan hər vərəqin qiyməti 920 yen və ya təqribən 8 dollar 40 sent olacaq. Yaponiya poçtu bu vərəqdən bir milyon ədəd buraxacaq və martın 12-dən satışa çıxarılacaq.

Xəbər 883 dəfə oxundu.