Bu gün İspaniya kubokunun yarımfinal mərhələsinə start verilir
Bu gün futbol üzrə İspaniya kuboku yarışlarının yarımfinal mərhələsinə start verilir.

Mərhələnin açılış görüşündə “Barselona” doğma azarkeşlər önündə əzəli rəqibi Madrid təmsilçisi “Real”ı qəbul edəcək. “Nou Kamp” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Komandalar arasında 1926-cı ildən bəri 213 rəsmi oyun keçirilib. 89 oyunda “Real Madrid”, 82 qarşılaşmada isə “Barselona” qələbə qazanıb. Daha 42 matçda qalib müəyyənləşməyib. Topların nisbəti də, “kral klubu”nun xeyrinədir - 353:335.

Mərhələnin digər görüşü fevralın 7-də keçiriləcək. Həmin görüşdə “Real Betis” “Valensiya” klubunu qəbul edəcək.


Xəbər 931 dəfə oxundu.