“İdman Tibbi və Reabilitasiya” magistr proqramı üzrə növbəti qəbula start verilib
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ingilis dilində tədris olunan “İdman Tibbi və Reabilitasiya” magistr ixtisasına qəbul olmaq istəyən həkim və həkim-rezidentlərə 2019-2020-ci tədris illəri üçün qəbul elan edir.

Magistratura imtahanların birinci mərhələsində iştirak etmək üçün fevral ayının 11-dək Dövlət İmtahan Mərkəzinin saytında qeydiyyatdan keçmək lazımdır: http://eservices.dim.gov.az/erizemag/erize/?frm=egov

Qəbul imtahanın ilk mərhələsində kifayət qədər bal toplayan namizədlər ikinci mərhələdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında müsahibədən keçəcəklər.

“İdman Tibbi və Reabilitasiya” magistr proqramı dünyaya 29 Nobel laureatı bəxş edən Böyük Britaniyanın UCL - London Kollec Universitetin - İdman Tibbi İnstitutu ilə birgə tərtib olunub. Sözügedən proqramın rəhbəri AİBA-nın Tibbi Komissiyasının rəhbəri, Böyük Britaniyanın Kral Tibb Cəmiyyətinin İdman Tibbi bölməsinin vitse-prezidenti, Böyük Britaniyanın Boks üzrə milli Olimpiya yığmasının tibbi direktoru, Dr. Maykl Pol Luzmor rəhbərlik edir.

“İdman Tibbi və Reabilitasiya” magistr proqramını bitirən məzunlar milli yığma komandalar, idman federasiyaları, idman klubları və reabilitasiya mərkəzlərində çalışmaq imkanı qazanacaqlar.

Magistr proqramı üzrə ətraflı məlumat almaq üçün(+99412) 564 7388 nömrəsinə zəng etmək və ya master@sport.edu.az email ünvanına yazmaq kifayətdir

Xəbər 953 dəfə oxundu.