Voleybolçumuzun çıxış etdiyi “Vaşaş” komandası Macarıstan çempionatında növbəti qələbəsini qazanıb
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Əbdüləzimova Macarıstan çempionatında növbəti qələbəsini qazanıb.

“Vaşaş” komandasının şərəfini qoruyan voleybolçumuz “Uypeşt” komandası ilə oyunda 10 xal toplayıb.

Görüş “Vaşaş” komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, hesabında 40 xal olan “Vaşaş” komandası turnir cədvəlində liderliyini davam etdirir.


Xəbər 809 dəfə oxundu.