Qvardiolanı Byelsa əvəzləyəcək?
“Barselona”nın baş məşqçi postuna namizədlərin adları açıqlanıb. İdman.com.az saytının məlumatına görə, “Atletik”i Avroliqanın finalına çıxaran Marselo Byelsa əsas namizəd sayılır. Argentinalı mütəxəssisin namizədliyi “Barsa”nın rəhbərliyi tərəfindən tam təsdiqlənir. Hətta deyilənə görə, klubla müqaviləni uzatmamağa qərar baş verən Xosep Qvardiola Argentina yığmasını da çalışdırmış Byelsanı öz postuna keçməyə şəxsən yola gətirməyə çalışacaq.

Əgər Byelsa bu təklifdən imtina edərsə, rəhbərlik digər namizədlər arasında seçim edəcək. Bu, Qvardiolanın köməkçisi Tito Vilanova, “Barselona”nın keçmiş futbolçusu, “Roma”nın ispan çalışdırıcısı Luis Enrike, habelə Ernesto Valverde (“Olimpiakos”) və Almaniya yığmasının baş məşqçisi Yoahim Lövdür. Cari mövsümdə “Çelsi”dən uğursuz işinə görə qovulan Andre Villaş-Boaş isə “Barsa”nın rəhbərliyi ilə əlaqə saxlayaraq, öz namizədliyini təklif edib. Ötən mövsüm “Portu”ya Avroliqanı qazandıran portuqaliyalı çalışdırıcı dünyanın ən güclü klublarından birində işləməyə maraqlı olduğunu bildirib.

Xəbər 954 dəfə oxundu.