Belarusa da böyük hesabla
Yaponiyanın Kakamigahara şəhərində keçirilən qadın otüstü hokkeyçilər arasında dünya olimpiya təsnifat yarışında bu gün 2-ci tura start verilib. İdman.com.az saytının məlumatına görə, mübarizənin ilk qarşılaşmasında Azərbaycan milli komandası belaruslu həmkarları ilə görüşüb.

İlk oyunda Malayziyanı 4:0 məğlub edən Adil Paşayevin rəhbərlik etdiyi kollektiv, növbəti matçda böyük hesabla postsovet komandasına qalib gəlib. Bizdən yenə Xatirə Əliyeva dubl edib. Digər qol Janq Süleymanovanın aktivindədir. Bu qələbə sayəsində isə millimiz müvəqqəti də olsa birinci pilləyə yüksəlib.

Günün digər oyunlarında Yaponiya Malayziyanı, Avstriya Çilini sınağa çəkəcək. Qeyd edək ki, hokkeyçilərimiz III turda avstriyalılarla oynayacaq. Bu görüş aprelin 29-da Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Millimiz London Yay Olimpiya Oyunlarına vəsiqə qazanması üçün yarışı qalib bitirməlidir.

Xəbər 1049 dəfə oxundu.