Milli Olimpiya Komitəsində “İdman administratorluğu kursu” təşkil olunub
Yanvarın 31-də Milli Olimpiya Komitəsində “İdman administratorluğu kursu” başa çatıb.

Kurs Milli Olimpiya Komitəsinin təşkilatçılığı və Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun dəstəyi ilə keçirilib.

Kursun əsas məqsədi Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fonduna əsasən iştirakçılar arasında idman inzibatçılığı və tətbiqi mövzusunda bilikləri artırmaqdır. Tədbir çərçivəsində Beynəlxalq Olimpiya Komitəsi, kommunikasiya, dopinq və onunla mübarizə, Olimpiya marketinqi, idarəetmə və onun növləri mövzusunda məruzələr dinlənilib və fikir mübadiləsi aparılıb.

Tədbirin iştirakçıları Uşaq-Gənclər İdman Məktəbinin müəllimləri olub.

Xatırladaq ki, “İdman administratorluğu kursu” müəllimlər və idman mütəxəssislərin inzibatçılıq üzrə bilik və bacarıqlarını artırmaqdan, idmançılar üzərində düzgün metodika və praktikanın istifadəsində üsulların öyrədilməsindən ibarətdir.

Milli Olimpiya Komitəsi artıq beşinci dəfədir ki, Olimpiya Həmrəyliyi Fondunun dəstəyi ilə “İdman administratorluğu kursu” keçirilir.

Xəbər 1367 dəfə oxundu.