"Neftçi" komandası xatirə turnirinin qalibi olub
"Neftçi"nin 11 yaşadək futbolçulardan ibarət komandası veteran futbolçu, Azərbaycanın əməkdar məşqçisi, SSRİ-nin idman ustası Valeri Hacıyevin xatirəsinə həsr olunmuş turnirin qalibi olub.

"Ağ-qaralar" 2008-ci il təvəllüdlü futbolçular arasında keçirilən yarışın final matçında "Qarabağ"ı 7:3 hesabı ilə məğlub edərək kuboka sahib çıxıb.

Oyunda Vüsal Kərimov dörd qola imza atıb. Flaqmanın digər qollarını Lorenzo Mezzotero, Əbdüləziz Cabbarlı və Rüstəm Hüseynli vurublar.

Qeyd edək ki, "Amasiya" İdman Kompleksində təşkil olunan və iki qrupda səkkiz komandanın mübarizə apardığı turnirdə "Neftçi" klubu "Sərhədçi" (3:0), "Neftçi İdman Klubu" İctimai Birliyi (8:2) və "Amasiya ROFM" (6:6) komandaları ilə qarşılaşmışdı.

Xəbər 810 dəfə oxundu.