Azərbaycanın U-19 millisi Antalyada sonuncu yoxlama oyununu keçirib
Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Rusiyanın “Dinamo-2” (Moskva) komandası ilə qarşılaşma 0:0 hesablı heç-heçə başa çatıb.

Millimiz hazırlıq prosesi çərçivəsində keçirdiyi yoxlama oyunlarında Küveytin U-19 millisi və Rusiyanın “Krasnodar-3” komandası ilə heç-heçə edib - 1:1.

Xəbər 813 dəfə oxundu.