İsgəndər Əsgərov “Neva”-“Povajska” həndbol oyununa təyinat alıb
Beynəlxalq dərəcəli hakim-deleqat İsgəndər Əsgərov növbəti təyinat alıb.

Azsport.az Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, təcrübəli mütəxəssis kişi həndbolçuların “Challenge Cup” turnirinin “Neva” (Rusiya) - “Povajska Bistritsa” (Slovakiya) görüşündə nümayəndə kimi Avropa Həndbol Federasiyasını (EHF) təmsil edəcək.

Fevralın 15-də Sankt-Peterburqda keçiriləcək cavab oyununun idarəçiliyi isə makedoniyalı Danielo Bojinovski və Viktor Naçevskiyə həvalə olunub.

Qeyd edək ki, rəqiblərin ilk qarşılaşması fevralın 9-da Slovakiyanın Povajska Bistritsa şəhərində keçiriləcək.

Xəbər 1002 dəfə oxundu.