Baş katibdən Qanaya təbrik məktubu
Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının Yerli Təşkilat Komitəsinin (YTK) sədri Elxan Məmmədov Qana Futbol Federasiyasına məktub göndərib. İdman.com.az saytının məlumatına görə, AFFA-nın baş katibi Afrika təmsilçisini ölkəmizdə keçiriləcək mundiala vəsiqə qazanmaları münasibətilə təbrik edib. YTK sədri dünya çempionatında afrikalılara uğurlar arzulayıb:

“Sizi təbrik edirəm. Biz sizin ölkəni Azərbaycanda keçiriləcək FİFA U-17 qızlar arasında dünya çempionatının iştirakçısı kimi görməyimizə çox şadıq. Yerli Təşkilat Komitəsinin adından komandanıza çempionatda uğurlar arzulamaq istəyirik. Qana kimi ölkələrin çempionatda iştirakı ilə sıx əməkdaşlıq, istedadların inkişafı və dünyanın ən yaxşıları haqda yaxşı xatirələr qazana bilərik”.

Qeyd edək ki, Azərbaycanda keçiriləcək dünya çempionatı bu il sentyabrın 22-dən oktyabrın 13-dək davam edəcək.

Xəbər 1098 dəfə oxundu.