Avropa çempionatının əsas mərhələsində çıxış edəcək Azərbaycan yığmasının oyunlarının təqvimi açıqlanıb
Avropa çempionatının əsas mərhələsində çıxış edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığmasının oyunlarının təqvimi açıqlanıb.

Yığmamız ilk oyununu martın 27-də keçirəcək. Komandamız “Podcetrtek” zalında Kiprlə qarşılaşacaq. U-19 ertəsi gün Hollandiyadan olan həmyaşıdları ilə gücünü sınayacaq. Qrup mərhələsinin sonuncu oyunu martın 30-da keçiriləcək. Yığmamız bu dəfə Sloveniya millisi ilə gücünü sınayacaq.

Qeyd edək ki, bu qrupun oyunları Sloveniyada keçiriləcək.

Xəbər 1032 dəfə oxundu.