Azərbaycan Premyer Liqasının XV turunun oyunlarının hakimləri müəyyənləşib
Futbol üzrə Azərbaycan Premyer Liqasının XV turunun oyunlarının hakimləri müəyyənləşib.

Peşəkar Futbol Liqasından bildiriblər ki, fevralın 2-də Zirə İdman Kompleksində oynanılacaq “Zirə”–“Sabah” qarşılaşmasını Rauf Cabbarov idarə edəcək.

Həmin gün saat 19:00-da “ASK Arena”da keçiriləcək “Keşlə”–“Səbail” görüşünün baş hakimi Rəhim Həsənov olacaq.

Fevralın 3-də Qəbələ şəhər stadionunda oynanılacaq “Qəbələ” – “Sumqayıt” matçına əsas referi Əliyar Ağayev təyin edilib.

Turun Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək sonuncu və mərkəzi qarşılaşmasında - “Qarabağ”-“Neftçi” görüşündə baş hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək.

XV turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Qeyd edək ki, on beş turdan sonra turnir cədvəlinə 33 xalla “Neftçi” klubu başçılıq edir. Ağdamın “Qarabağ” klubu 30 xalla ikinci, aktivində 19 xal olan “Səbail” üçüncü yerdədir. Digər pillələrdə isə müvafiq olaraq, “Qəbələ” (17), “Sabah” (17), “Sumqayıt” (15), “Keşlə” (12) və “Zirə” (11) qərarlaşıblar.

Xəbər 754 dəfə oxundu.