Mini futbol üzrə İsmayıllı birinciliyinin qalibləri müəyyənləşib
İsmayıllı Rayon Gənclər və İdman İdarəsi rayon məktəblərinin X-XI sinif şagirdlərindən ibarət futbol komandaları arasında mini futbol üzrə rayon birinciliyi keçirib.

İsmayıllı Olimpiya İdman Kompleksində təşkil olunan birincilikdə 12 komanda birincilik uğrunda mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Hacıhətəmli məktəbinin şagirdləri birinci olublar. Bir nömrəli məktəbin komandası yarışı ikinci, Diyallı məktəbinin şagirdləri isə üçüncü pillədə başa vurublar.

Mükafatçılara İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin diplom və hədiyyələri təqdim olunub.

Xəbər 792 dəfə oxundu.