ABŞ-da qılıncoynatmanın sablya növü üzrə dünya kubokunun mərhələ yarışına yekun vurulub
ABŞ-ın Solt Leyk Siti şəhərində qadınlar arasında qılıncoynatmanın sablya növü üzrə dünya kubokunun mərhələ yarışına yekun vurulub.

Turnirin sonuncu günündə komanda yarışında qalibin adına aydınlıq gəlib. Səbinə Kərimova, Sevil və Sevinc Bünyatova bacılarından ibarət komandamız 1/16 final mərhələsində Türkiyə yığmasına 45:44 hesabı ilə qalib gəlib. 1/8 finalda Fransa sablyaçılarına 25:45 hesabı ilə uduzan komandamız 9-16-cı yerlər uğrunda görüşdə İspaniyaya 21:45 hesabı ilə məğlub olub. Sablya üzrə qadınlardan ibarət yığma komandamız 13-16-cı yerlər uğrunda qarşılaşmada Honkonqa 42:45 hesabı ilə uduzsalar da, gərgin keçən 15-ci yer uğrunda görüşdə Böyük Britaniya millisinə 45:44 hesabı ilə qalib gəlməyi bacarıb.

Beləliklə, sablyaçılarımız turnirdə 15-ci yeri tutublar.

Xəbər 907 dəfə oxundu.