Futbolçular Rednappa qarşı
İngiltərə «Tottenhem»inin oyunçuları komandanın yeni baş məşqçisi Qarri Rednappdan narazılıqlarını bildiriblər. İdman.com.az saytının məlumatına görə, bir sıra təcrübəli və nüfuzlu oyunçular son həftələrdə öz agentləri vasitəsilə klub prezidenti Daniel Levinə çatdırıblar ki, Rednappın taktiki cəhətdən və oyunlara hazırlıq işindən narazıdılar. Məsələn, ayrıca bir həftədə məşqçi oyuna hazırlıq müddətini azaldıb və oyunçulara da lazım olan yükü vermir. Mətbuata məşqlərin birində məşqçinin Emmanuel Adebayorla mübahisə etməsi xəbəri də sızıb.

Klubdan olan mənbə vəziyyətlə bağlı bunları bildirib: «Futbolçular oyunlara elə də yaxşı hazırlaşmadıqlarını hiss edirlər. Məsələn, həftə boyu onlar 4-5-1 sistemi ilə hazırlaşıb, matça 4-4-2 sistemi ilə çıxırlar. Hiss edirlər ki, ayrı-ayrı məsələlərə və taktikaya kifayət qədər diqqət yetirilmir. Məsələn müdafiədə standart vəziyyətlərdə görüşə hazırlıq ümumiyyətlə aparılmır».
Bundan əlavə bildirilir ki, oyunçular mövsümün sonunda yorğunluq hiss edirlər və onların imkanları da rasional istifadə olunmur.

Artıq məlumdur ki, klub Rednappı saxlamağa təkid etmək planından əl çəkib. Məşqçiyə daha 16 milyon funta 4 illik yeni müqavilə təklif olunmayacaq. Buna əsas səbəb Rednappın mayda İngiltərə yığmasının sükanına keçə biləcəyi bildirilir. «Tottenhem» son 10 oyunda cəmisi 2 qələbə qazanıb və Çempionlar Liqasına vəsiqə qazanmamaq təhlükəsini yaşayır.

Xəbər 956 dəfə oxundu.