Cəbəllütariq festivalında Azərbaycan şahmatçılarının partiyalarında heç-heçə qeydə alınıb
“Gibraltar International Chess Festival 2019” turnirinin ikinci turunda Azərbaycan şahmatçılarının partiyalarında heç-heçə qeydə alınıb.

Cəbəllütariqdə keçirilən şahmat festivalının nüfuzlu “Masters” turnirində Arkadi Naydiç İsrail təmsilçisi Yevgeni Zananla, Rauf Məmmədov isə digər israilli şahmatçı Ariel Erenberqlə xalı yarı bölüblər.

Qeyd edək ki, Arkadi Naydiç ilk turda ispaniyalı Sabrina Vega Guttierez üzərində qələbə qazanıb. A.Naydiçin aktivində 1,5, Rauf Məmmədovun isə 0,5 xal var.

Bu gün turnirin üçüncü turunun oyunlarına start veriləcək. Arkadi Naydiç ispaniyalı Julen Luis Arizmendi Martinez, Rauf Məmmədov serbiyalı Vaso Blesic ilə üz-üzə gələcək.

Xəbər 795 dəfə oxundu.