“Neftçi” Antalyada növbəti yoxlama oyununu keçirib | |
Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Neftçi” komandası yanvarın 23-də növbəti yoxlama oyununu keçirib. Rəqib Çexiyanın “Slovan” kollektivi olub. "Arslan Zeki Demirci" İdman Kompleksində keçirilən görüş Liberets təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 21-ci dəqiqədə Baqali Dabonun ötürməsindən sonra Mirabdulla Abbasov açıb. Lakin 36-cı dəqiqədə Matey Hibş hesabı bərabərləşdirib, 46-cı dəqiqədə isə Yan Mikula “Neftçi” müdafiəçilərinin səhvindən yararlanaraq komandasının qələbə topunu vurub. Qeyd edək ki, bu, “Neftçi”nin ikinci yoxlama oyunu olub. Flaqman ilk görüşündə Rumıniya "Qaz-Metan" klubuna böyük hesabla qalib gəlib - 3:0. Hazırda “Slovan” Çexiya çempionatında 19 oyundan 25 xalla 7-ci pillədə qərarlaşıb. |
|
Xəbər 935 dəfə oxundu. |
|
|