Sabah kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşəcək
Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında səkkizinci turun oyunları keçirilib.

Aktivində 6,5 xal olan İsmayıl Şahəliyev səkkiz turun nəticəsinə görə birinci yeri tutub. Məhəmməd Muradlı 6 xalla ikinci yerə sahib olub. Aktivlərində 5 xal olan Abdulla Qədimbəyli və Ülvi Bacarani 3-4-cü yerləri bölüşürlər.
İsveçrə sistemi üzrə keçirilən ölkə çempionatına sabah yekun vurulacaq.


Xəbər 775 dəfə oxundu.