“Neftçi” klubu yunan futbolçu ilə müqavilə bağlayıb
Bakının “Neftçi” klubu yunanıstanlı futbolçu Vanqelis Platellası heyətinə qatıb.

Azsport.az klubun saytına istinadla xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb. Yarımmüdafiəçi klubun heyətində 11 nömrəli formanı geyinəcək.

Sonuncu klubu “OFİ” (2018) olan Platellas Yunanıstanın “Kaliteya”, “Ksanti”, AEK, “Atromitos” və “Aris” komandalarında da çıxış edib.

Qeyd edək ki, Platellas cari mövsümdə “OFİ” klubunun heyətində 15 oyunda 2 qolun müəllifi olub.

Xəbər 768 dəfə oxundu.