Yeniyetmə güləşçilər arasında Bakı birinciliyi start götürüb
Abşeron Olimpiya İdman Kompleksində 2002-2003-cü il təvəllüdlü yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Bakı birinciliyi start götürüb.

İlk yarış günündə yunan-Roma güləşi üzrə 7 çəki dərəcəsində 170 yeniyetmə pəhləvan mübarizə aparır.

Yanvarın 23-də günün ikinci yarısında sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar. Qeyd edək ki, birinciliyə yanvarın 26-da yekun vurulacaq.

AZƏRTAC

Xəbər 854 dəfə oxundu.