“Neftçi” klubu hücumçusunu “Əl Oruba”ya icarəyə verib
Bakının “Neftçi” futbol klubu hücumçusu Kvame Karikarini icarəyə verib.

Azsport.az klubun saytına istinadla xəbər verir ki, 27 yaşlı qanalı cari mövsümün sonunadək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl Oruba” komandasının formasını geyinəcək.

“Əl Oruba” hazırda BƏƏ çempionatının birinci divizionunda liderdir.

Qeyd edək ki, cari mövsüm “Neftçi”nin heyətində 10 oyun keçirən Karikari 2 qol vurub.

Xəbər 880 dəfə oxundu.