Emil Mpenza: Əsas odur ki, Belçikada yaşayacağam
“Mən Belçikada və kənarda klub axtarışında idim. Artıq həmin komandanı tapmışam”. İdman.com.az saytının məlumatına görə, bu sözü Bakının “Neftçi” klubunun futbolçusu Emil Mpenza deyib. Paytaxt təmsilçisi ilə münasibətləri FİFA-da araşdırılan belçikalı artıq özünə yeni iş yeri tapdığını açıqlayıb:

“Səbirsizliklə həmin kluba keçəcəyimi gözləyirəm. Bu balaca, çoxlarının tanımadığı klubdur. 34 yaşım var. Lakin yaxşı formadayam və hələ oynaya bilərəm. Lakin onun adını hələ açıqlamayacağam. Əsas odur ki, Belçikada yaşayacağam. Transferim gerçəkləşənədək, vaxtımı öz evimdə oğlumla keçirəcəyəm”.

Qeyd edək ki, “Neftçi” transferə çıxardığı futbolçudan FİFA-ya şikayət edərək klubun düşərgəsini tərk etdiyi üçün Emildən 700 min ABŞ dolları istəyir. Mpenza isə müqavilənin birtərəfli qaydada pozulduğunu iddia edərək, 18 aylıq əmək haqqının verilməsi tələbi ilə şikayət edib.

Xəbər 1319 dəfə oxundu.