Gürcüstan Karate Federasiyasının prezidenti: Azərbaycan karatenin inkişafına görə nəinki regionda, dünyada liderdir
Bakıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Arpaçay Open” beynəlxalq karate turniri yüksək səviyyədə keçdi. Azərbaycan karatenin inkişafına görə nəinki regionda, dünyada liderdir. Rafael Ağayev və digər adlı-sanlı idmançıların vətənində yarışda iştirak etmək karateçilərimiz üçün böyük stimuldur. İdmançılarımızın inkişafında bu cür turnirlərin böyük əhəmiyyəti var.

Bu sözləri müsahibəsində Gürcüstan Karate Federasiyasının prezidenti Kaxa Basilia “Arpaçay Open” beynəlxalq turnirin yekunları ilə bağlı müsahibəsində deyib.

Federasiya rəsmisi Gürcüstan karateçilərinin yarışda uğurla çıxış edərək 3 qızıl, 4 gümüş və 3 bürünc medal qazandıqlarını bildirib. Bundan sonra ölkəmizdə keçiriləcək karate yarışlarında məmnuniyyətlə iştirak edəcəklərini bildirən federasiya prezidenti qeyd edib ki, bu il karate üzrə “Baku Open”də Gürcüstan komandasının da iştirakı nəzərdə tutulub.

“Azərbaycanda uzun müddət idi ki, olmamışdım. Buraya gəlməyimə çox şadam. Ölkəniz çox inkişaf edib və Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib”, - deyə Kaxa Basilia əlavə edib.

AZƏRTAC

Xəbər 921 dəfə oxundu.