Şahin Xudaverdiyev: Məqsədimiz “Qara Qaplan” idman klubunda gələcəyin olimpiyaçılarını yetişdirməkdir
Komandamız “Arpaçay Open”də artıq üçüncü dəfədir iştirak edir. Karateçilərimiz 11 qızıl, 13 gümüş, 20 bürünc medalla komanda hesabında fəxri kürsünün ilk pilləsində qərarlaşıblar. Yarışlar yüksək rəqabət şəraitində keçdi. Müxtəlif yaş qruplarında idmançılar yarış təcrübələrini xeyli zənginləşdirdilər. 2017-ci və 2018-ci illərdə keçirilən analoji yarışlarda da komandamız ümumi hesabda birinci yeri tutub.

Bu sözləri “Qara Qaplan” idman klubunun baş məşqçisi Şahin Xudaverdiyev “Arpaçay Open” beynəlxalq karate turnirinin yekunları barədə müsahibəsində deyib.

Qeyd edib ki, klubda Avropa, dünya çempionatlarının və bir sıra nüfuzlu turnirlərin qalib və mükafatçıları ərsəyə gəlib. “Klubumuzda aşağı yaş qruplarında karateçilərin yetişməsi, ustalıqlarının artırılması və yarış təcrübələrinin zənginləşdirilməsinə xüsusi diqqət yetirilir. Məqsədimiz klubumuzda gələcəyin olimpiyaçılarını yetişdirməkdir”, - deyə Ş.Xudaverdiyev bildirib.

AZƏRTAC

Xəbər 838 dəfə oxundu.