Çinin Nankin şəhəri atletika üzrə “World Challenge” seriyalı yarışa ev sahibliyi edəcək
Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası “World Challenge” seriyalı yarışların təqviminə yeni məkan - Çinin Nankin şəhərini əlavə edilib.

2014-cü ildə Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına ev sahibliyi edən Nankində mayın 21-də “World Challenge” yarışları keçiriləcək.

Yarışın təqvimində də dəyişiklik edilib. Belə ki, yarış son 10 ildə ilk dəfə olaraq Braziliyada start götürəcək. Bu dəyişiklik Şanxayda keçiriləcək “Brilyant Liqa” və Osakada təşkil olunacaq “World Challenge” yarışlarının vaxtlarının toqquşmaması məqsədilə edilib. Mayın 18-də Braziliyada keçirilməsi nəzərdə tutulan “Grande Premio Brasil de Atletismo in Bragança Paulista” yarışının vaxtı aprelin 28-nə keçirilib.

Beləliklə, apreldə Braziliyada start götürəcək “World Challenge” yarışlarına sentyabrda Xorvatiyada yekun vurulacaq.

Xəbər 975 dəfə oxundu.