AIPS İdman Media Mükafatları sahiblərini tapacaq
Yanvarın 21-24-də İsveçrənin Lozanna şəhərində AIPS-in 82-ci konqresi və dünya idman media mükafatlarının (AIPS Sport Media Awards) təqdimat mərasimi təşkil ediləcək.

Tarixində ilk dəfə keçiriləcək AIPS İdman Media Mükafatları ötən il təsis edilib və yazı, audio, video, foto və jurnalist veb bloqu nominasiyaları üzrə ilk qaliblər bu gün elan olunacaq.

Hər kateqoriya üzrə ilk 3 yerə layiq görülənlərə müvafiq olaraq 8000, 3000 və 2000 ABŞ dolları mükafat təqdim ediləcək.

Mərasimdə BOK prezidenti Tomas Bax da iştirak edəcək. Həm mükafatlandırma mərasimində, həm də konqresdə Azərbaycanı müşahidəçi qismində Azərbaycan Gənclər və İdman Nazirliyinin rəmi nəşri olan "İdman" qəzetinin baş redaktoru Qabil Mehdiyev təmsil edəcək.

Xəbər 853 dəfə oxundu.