"Neftçi" "Qaz Metan" klubunu böyük hesabla məğlub edib
Antalyada qiş təlim-məşq toplanışında olan Bakının “Neftçi” futbol klubu yanvarın 18-də ilk yoxlama oyunu keçirib.

Baş məşqçisi Roberto Bordin olan paytaxt komandası Rumıniyanın "Qaz Metan" klubu ilə üz-üzə gəlib. Qarşılaşma flaqmanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə ilk qolu 11-ci dəqiqədə Rəhman Hacıyev vurub.

Digər iki qola isə 70-ci və 84-cü dəqiqələrdə Əli Şirinov imza atıb.

Qeyd edək ki, "Neftçi" Antalyada daha 3 yoxlama oyuna çıxacaq. Paytaxt təmsilçisi yanvarın 20-də İranın "İstiqlal", 23-də Çexiyanın "Slovan” (Liberets), 26-da isə Bolqarıstanın "Beroe" komandaları ilə üz-üzə gələcək.

Xəbər 803 dəfə oxundu.