«Ankaragücü» Superliqada 21 komandanın oynamasını istəyir
«Ankaragücü»nün prezidenti İlyas Ərtan Sümər «TFF-dən istəyimiz, bu mövsüm aşağı dəstəyə düşmənin aradan götürülməsi və gələn mövsüm liqanın 21 komandayla oynanmasıdır» deyib. İdman.com.az saytının məlumatına görə, o, 53 mövsümü geridə qalan Superliqanın tarixində budəfəki qədər qarışıqlığın yaşanmadığını, bunun da komandaların tarazlığını alt-üst etdiyini söyləyib.

Xüsusilə də o, komandaların mövsümün əvvəlində heyətlərini pley-off sisteminə görə qurmadıqlarını dilə gətirib: «Bu sistem nəticəsində komandalar matçlarını həm həftə içi, həm də həftə sonu oynayırdılar. Mövsümün əvvəlində başlayan danışılmış oyunlarla bağlı istintaq da hələ də nəticələnmədi. Bu hadisələrin yaşandığı liqadan kim nə qədər səmərə götürə bildi?».

Bütün bu qarışıqlıqları da əsas gətirən klub rəsmisi komandaların aşağı dəstəyə göndərilməməsini tələb edir.


Xəbər 992 dəfə oxundu.